Xəbər verildiyi kimi Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızından gedir.
Bizim.media Azərbaycanın ən uzunömürlü sakinini yaxından tanımaq üçün ailəsi ilə əlaqə saxlayıb.
Azərbaycanın ən yaşlı seçicisinin 124 yaşı var
Oğlu Fərman Nəbiyev a açıqlamasında anasının durumunun ağır olduğunu bildirib. Onun sözlərinə görə qadın son bir aydır ki, yatağa düşüb:
"Bir aydır ki, yataq xəstəsidir. Son bir aya kimi özü-özünü idarə edirdi. Amma indi bizlərin ümidinə qalıb. Anam yanımdadır, gəlini və nəvələri ilə birgə yaşayır. Ali təhsili olmayıb, evdar xanım olub və illərlə kolxozda çalışıb. Pensiyaçıdır və təqaüdü 327 manatdır”.
Fərman Nəbiyev onu da qeyd edib ki, anası sağlamlığı ilə bağlı heç vaxt şikayətlənməyib:
"3 oğlan və 5 qız olmaqla 8 övlad olmuşuq. 30 -dan çox nəvəsi var. Nəticələrinin sayını dəqiq bilmirəm. Çoxdular…(gülür)
Tehsil-press.az