18-24 iyul tarixlərində Sinqapurda keçirilən Beynəlxalq SİMOC 2024 riyaziyyat olimpiadasında Dünya Məktəbinin V sinif şagirdi Kamal Babayev Qızıl medal qazanıb.
"AMO 2023" və "SASMO 2024" beynəlxalq olimpiadalarına qatılaraq medal əldə edən şagirdlər bu il Sinqapurda keçirilən "SIMOC 2024" olimpiadasında iştirak ediblər.
35 ölkədən 2200 şagirdin iştirak etdiyi olimpiadada Azərbaycanı 69 şagird təmsil edib. Üç mərhələdən ibarət olan olimpiadada əldə edilən nəticələr şagirdlərimizin riyaziyyat və məntiq sahələrinə olan maraqlarının və bu sahələrdə bilik və bacarıqlarının nə qədər güclü olduğunu göstərir.
Sinqapurda keçirilən təntənəli mükafatlandırma mərasimində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev də iştirak edib.
Qeyd edək ki, qızıl medal qazanan Kamal Babayev məşhur xəbər aparıcısı, jurnalist Aqşin Kamalın oğludur. Aparıcı bununla bağlı öz facebookunda paylaşım edib. (referans.az)
Tehsil-press.az