Türkiyənin qərbində xəzinə aşkar edildi

Türkiyənin qərbində xəzinə aşkar edildi Türkiyə və ABŞ-dan olan beynəlxalq arxeoloqlar qrupu Türkiyənin qərbində qədim Yunanıstanın Notion şəhərində qazıntılar zamanı qızıl xəzinə tapıb.

Axar.az xəbər verir ki, bu barədə Miçiqan Universitetinin “Notion Archaeological Survey” elmi jurnalında məlumat dərc olunub.

Məlumata görə, xəzinənin eramızdan əvvəl V əsrə aid olduğu ortaya çıxıb. Qazıntıdan Fars imperiyasında zərb edilən fars darikləri, qızıl sikkələrlə dolu qab aşkar edilib. Tarixi mənbələrə görə, bir darik təxminən bir əsgərin aylıq maaşına bərabər olub.

Həmçinin Notionda eramızdan əvvəl V əsrə aid çoxlu saxsı qab parçaları və digər artefaktlar aşkar edilib.

Tehsil-press.az

Oxşar xəbərlər