İspan arxeoloqları ilk dəfə Misirin Əl-Bəhnas şəhərində qızıl və rəngli cənazə maskaları olan mumiya şəklində təxminən iki minillik məzarlar aşkar ediblər.
Ptolemeylər sülaləsinin (e.ə. 305-30-cu illər) və Misir üzərində Roma hakimiyyəti dövründə dəfn edilmiş 23 mumiya aşkar edilib. Məzarlar Əl-Bəhnas şəhərinin yuxarı qəbiristanlığının şərq hissəsində aşkarlanıb. Ərazidə qazılmış və daşla örtülmüş quyuda ölüləri dəfn etmək üçün otaqlar vardır. Bu otaqların birində sarkofaqlar (qədim xalqlarda daş tabut), o cümlədən insan şəklində olanlar, digərində isə mumiyaların özləri var. Mumiyaların nə üçün sarkofaqdan kənarda basdırıldığı barədə məlumat verilmir.
Mumiyalardan ikisinin ağzında dil formalı qızıl boşqab var.
Portalın istinad etdiyi arxeoloqlar iddia edirlər ki, ölülərin dəfn edilməsi ənənəsi Roma hakimiyyəti dövründə geniş tətbiq edilib. Dəfn olunanların şəxsiyyətləri hələ müəyyən edilməyib. Lakin elm adamları dəfn yerinin divarlarının qalıqları üzərində heyvanlar, quşlar, həmçinin meyvə və giləmeyvə təsvirləri olan rəsmlər aşkarlayıblar.
Bundan əlavə, alimlər qazıntı sahəsində İsis-Afrodita ilahəsinin başında çiçəkli çələng və tac olan terrakota heykəlciyini aşkar ediblər.
Əl-Bəhnasda ilk dəfədir ki, belə heykəllər tapılır. Arxeoloqlar digər tapıntıların axtarışı üçün qazıntıları davam etdirirlər.
Tehsil-press.az