Qlobal Forumun Bakı bəyannaməsi qəbul edilib

Qlobal Forumun Bakı bəyannaməsi qəbul edilib "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı bəyannaməsi qəbul edilib".

Bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda UNAOC Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı (BMT-nin Sivilizasiyalar Alyansı) zamanı deyib.O, qrupun konsensus əldə etdiyini, nəticədə də Bakı bəyannaməsinin qəbul edildiyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakdan imtina edərək tərəflərin konsensus əldə etməyəcəyi və forumun bəyannaməsinin qəbul olunmayacağı ilə bağlı bəyanat yaymışdı.

tehsil-press.az

Oxşar xəbərlər