Ukrayna ordusunun Kurskda irəlilədiyi barədə məlumatlar var.
Metbuat.az xəbər verir ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski Sucanın Ukraynanın nəzarətinə keçdiyini açıqlamışdı. Məlumata görə, Suca Rusiyanın Kursk sərhəd vilayətinin inzibati mərkəzidir. Ərazi, həmçinin Rusiyanın Avropaya gedən əsas qaz xətti olan Drujba kəmərinin kəsişməsində yerləşir. Suca transsərhəd əməliyyatı başlayandan bəri Ukraynanın nəzarətinə keçən ən böyük Rusiya şəhəridir.
Xarici KİV-lər Ukrayna ordusunun irəliləməsindən sonra Kiyevin hədəfinin Moskva şəhərinin ola biləcəyi barədə iddialar dərc edib. İddialara görə, Ukrayna ordusu Moskva şəhərindən 500 kilometr məsafədədir. Rusiyanın ərazisini nəzərə alanda, bu məsafə Rusiya üçün az hesab olunur.
Tehsil-press.az