 Rusiya Prezidenti Vladimir Putin Çeçenistana səfəri zamanı Hz. İsa məscidinə gedib.
	  Rusiya Prezidenti Vladimir Putin Çeçenistana səfəri zamanı Hz. İsa məscidinə gedib.Putinə məsciddə Qurani-Kərim hədiyyə edilib. Putin Qurani-Kərimi öpərək qəbul edib.
Kadırovun köməkçisi Qurani-Kərimdən Putinə Ənfal surəsinin 17-ci ayəsini oxuyub. Çeçenistana səfəri zamanı Vladimir Putin Ukraynada döyüşmək üçün təlim keçən əsgərləri ziyarət edib.
Qeyd edək ki, Vladimir Putin 2011-ci ildən sonra ilk dəfə Çeçenistana səfər edib. Putin 2011-ci ildə Çeçenistana Baş nazir kimi səfər etmişdi.
Tehsil-press.az
 
             
         
        
        



 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	