Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfəri zamanı olduqca önəmli bəyanatlar verib. Gələn təhlükələr qarşısında Azərbaycanın yanında olduğunu bildirib. Bu gün də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlamasında Türkiyənin Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacağını vurğulayıb.
Hazırkı erməni təxribatları fonunda bu dəstək mesajları nədən xəbər verir?
Mövzunu şərh edən politoloq Zeynal Əmrəliyev deyib ki, Türkiyə istənilən an Azərbaycana dəstək verməyə hazırıdır:
“Zaman-zaman Türkiyə rəsmilərinin açıqlamalarında da bu istiqamətdə fikirlərin səsləndirildiyinin şahidi oluruq. 44 günlük müharibə zamanı da Türkiyə xarici işlər naziri kimi Mövlud Çavuşoğlu Azərbaycana önəmli dəstək verdi. Ölkəmizə tez-tez səfərlər edir, önəmli günlərdə Bakıda olurdu. Eyni zamanda xalqımızda da Çavuşoğluya qarşı xüsusi məhəbbət var”.
Politoloqun fikrincə, son günlər cəbhədə erməni təxribatlarının artması vəziyyəti xeyli kritikləşdirir:
“Belə həssas zamanda Ankaradan verilən açıqlamalar Azərbaycana olan mənəvi dəstəyin göstəricisidir. Ehtiyac yaranarsa, bu dəstək fərqli formaya da çevrilə bilər. Hazırda ordumuz cəmi bir neçə saat ərzində işğalda olan torpaqlarımızı azad etmək gücündədir.
Danışıqlar prosesini də dalana dirəyən məsələ elə işğal altında qalan 8 kəndin geri qaytarılmamasıdır. Ermənistan müxtəlif bəhanələrlə kəndləri təhvil verməkdən imtina edir”.
Z.Əmrəliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması və regional kommunikasiyaların fəaliyyəti ilə bağlı problemlər Ermənistanın sərgilədiyi səhv mövqeyə görə həllini tapmır:
“Azərbaycan dəfələrlə bəyan edib ki, bütün region ölkələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Lakin başda Fransa olmaqda bir sıra dövlətlərin qərəzli mövqeyi səbəbindən Ermənistan rəhbərliyi öz iradəsindən əl çəkir. Nəticədə problemlər həll edilmir.
Rəsmi İrəvan yaxşı olar ki, məsələnin sülh yolu ilə həllinə dəstək versin. Əks halda Azərbaycan hərbi əməliyyatlara əl ataraq 8 kəndi də işğaldan azad edəcək. Bu istiqamətdə Türkiyənin dəstəyinin də olacağı istisna deyil”.
Tehsil-press.az