Tacikistanda güclü zəlzələ oldu

Tacikistanda güclü zəlzələ oldu Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin ocağı 114 kilometr dərinlikdə, Əfqanıstanla sərhədin yaxınlığında yerləşib.

Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur./oxu.az/

Tehsil-press.az

Oxşar xəbərlər