Rumıniyada güclü zəlzələ olub

Rumıniyada güclü zəlzələ olub Rumıniyanın şərqində 5,2 bal gücündə zəlzələ olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ölkənin Milli Geofizika İnstitutu xəbər verib.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 05:26 radələrində Rumıniyanın Vrança qəzasında qeydə alnınıb. Zəlzələnin ocağı 140 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Zəlzələ təkcə Rumıniyanın paytaxtında (episentrdən 153 km aralıqda – red.) deyil, həm də qonşu Moldovada da hiss olunub.

Tehsil-press.az


Oxşar xəbərlər