Oğuzda ayı kişiyə hücum etdi

Oğuzda ayı kişiyə hücum etdi Oğuz rayonunda ayı 62 yaşlı kişiyə hücum edərək yaralayıb.

Hadisə Xalxal kəndinin inzibati ərazisindəki yaylaqda baş verib. Belə ki, Calut-2 qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini, 1962-ci il təvəllüdlü Bakir Sabir oğlu Əliyev yaylaq ərazisində mal-qara otararkən ayı anidən heyvanlara hücum edib.

Bu zaman heyvanları xilas etmək istəyən sakin özü də ayının hücumuna məruz qalıb. Əlindən və ayağından xəsarət alan Bakir Əliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib./report.az/

Tehsil-press.az

Oxşar xəbərlər