Sadəcə bir məşqlə kalorilər asanlıqla yanır - Fitnes mütəxəssisindən AÇIQLAMA

Sadəcə bir məşqlə kalorilər asanlıqla yanır - Fitnes mütəxəssisindən AÇIQLAMA Milli Fitnes Birliyinin prezidenti Elena Silina arıqlamaq üçün ən sadə məşqdən danışıb.

Sfera.az xəbər verir ki, onun sözlərini "KP Sport" sitat gətirib.

Ekspertin sözlərinə görə, bu məşq çömbəlməkdir və düzgün texnikaya riayət etmək vacibdir.

“Əsas duruş: ayaqlar paralel, dizlər ayaqların üstündə, arxa düz, qarın içəri, əllər beldə və ya başın arxasında. Nəfəs alarkən, görünməz bir kresloda oturmuş kimi dizlərinizi bükərək bədəninizi geri çəkərək özünüzü aşağı salın. Ağırlıq dabanlara və ayaq ön hissəsinə bərabər paylanmalıdır. Budlarınız yerə paralel olana qədər və ya bir qədər aşağı olana qədər "aşağı enin". Sonra nəfəs alarkən ayağa qalxın, başlanğıc vəziyyətinə qayıdın”, - Silina bildirib.

Onun sözlərinə görə, çömbəlmək dəqiqədə 8-12 kalori yandırmağa kömək edir.

Tehsil-press.az

Oxşar xəbərlər