Günvurma zamanı nə edək? - Açıqlama

Günvurma zamanı nə edək? - Açıqlama “Gün şüaları həm də dəri yanıqları törədə bilər. Ona görə günəş şüası altında və ya həddən artıq isti yerdə qalmış şəxslərin təzyiqi düşürsə, ürəkgetmə baş verirsə, soyuq tər basırsa, bu, o deməkdir ki, artıq günvurma hadisəsi baş verib”.
Bunu tibb elmləri doktoru, professor Adil Qeybulla REAL TV-yə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxs dərhal hadisə yerindən soyuq bir yerə köçürülməlidir:
“Onun başına sərin dəsmal qoyulmalıdır. Bədəni sərin dəsmalla silinməlidir. Məqsəd burada damarların daralmasına nail olmaqdır.
Mümkün qədər bədən temperaturunu aşağı salmağa çalışmaq və orqanizmə yardımçı olmaq lazımdır ki, həddən artıq istiləşmənin qarşısı alınsın. Bu, ilk yardımın əsas elementidir və həkim yardımı qədər vacibdir”, - həkim qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər