18 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbi açıqlandı - RƏSMİ

18 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbi açıqlandı - RƏSMİ 16:05

TƏBİB Zərdabda 19 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, sentyabrın 4-ü saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib.

"Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub", - qurumdan bildirilib.

Qeyd olunub ki, daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb:

"Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. Bu gün səhər saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb2.

--------------
14:49

Zərdabda 18 yaşlı qız cərrahiyyə əməliyyatından sonra vəfat edib.

Bu barədə Zərdab.com saytı məlumat yayıb.

Hadisənin Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verdiyi bildirilib.

Belə ki, Zərdabın Qoruqbağı kənd sakini Qarayeva Aytən Ramil qızı dünən axşam saatlarında özünü narahat hiss edib və o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ağır vəziyyətdə apendisit əməliyyatı olunan xəstənin vəziyyəti daha da pisləşib. Yaxınları səhər saatlarında onu Bakıdakı xəstəxanalardan birinə gətirmək istəsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər