Sentyabrın 6-da 2024/2025-ci tədris ilində Azərbaycan Dillər Universitetinə qəbul nəticələrinə əsasən 600-dən yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ali məktəbə qəbul olmuş tələbələri təbrik edib, onların seçimlərinin gələcək həyatlarının qurulması üçün doğru istiqamət verəcəyinə, universitetdə oxuduqları müddətdə yiyələnəcəkləri bilik və bacarıqların ölkəmizin ləyaqətli vətəndaşları olmaları üçün imkan yaradacağına ümidvar olduğunu bildirib.
Tələbələri yaxşı təhsil almaqla yanaşı, elmi-mədəni, ictimai işlərdə də fəal olmağa, öz istedadları və savadları ilə cəmiyyətə faydalı vətəndaş olmağa çağıran rektor son illər universitetin qazandığı yüksək nailiyyətlərdən, ildən-ilə genişlənən beynəlxalq əlaqələrindən, ali məktəbdə tələbələr üçün yaradılan əlverişli şəraitdən, həyata keçirilən mühüm layihələrdən, dil və mədəniyyət mərkəzlərinin fəaliyyətindən danışıb. Tələbələrin idarəetmə bacarıqlarının formalaşması üçün hər il ADU-da keçirilən “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətini vurğulayan akademik Kamal Abdulla qeyd edib ki, birinci kurs tələbələrinin şəxsi kitabxanasının formalaşması məqsədilə universitetdə pulsuz kitab layihəsi həyata keçirilir.
Sonra ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, Filologiya fakültəsinin dekanı, professor Həmidə Əliyeva, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov və başqaları çıxış edərək universitetin müxtəlif istiqamətli imkanları haqqında geniş məlumat verib, tələbələrə uğurlar arzulayıblar.
Görüşdə 2024/2025-ci tədris ilində Azərbaycan Dillər Universitetinə qəbul nəticələrinə əsasən 650-dən yüksək bal toplamış dörd tələbəyə - Ayşə Hüseynova, Xalidə Əliyeva, Şahzadə Vəliyeva və Dünya Əsədovaya hədiyyələr təqdim olunub. Tədbirin əhəmiyyətindən söz açan tələbələr və onların valideynləri çıxış edərək xoş təəssüratlarını bölüşüb, səmimi qarşılanmaya görə ADU rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüş tələbələri maraqlandıran suallarla davam edib.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2024/2025-ci tədris ilində bakalavriat pilləsi üzrə qəbul planı 99,02% dolub. 2024/2025-ci tədris ilində Azərbaycan Dillər Universitetinə qəbul nəticələrinə əsasən 63 tələbə 600 baldan yüksək, 556 tələbə 500 baldan yüksək, 428 tələbə 400 baldan yüksək bal toplamışdır. Universitet üzrə orta bal göstəricisi 425-430 baldır.
Tehsil-press.az