Kamal Abdulla ADU-ya ən yüksək balla qəbul olunan tələbələrlə səhər yeməyində

Kamal Abdulla ADU-ya ən yüksək balla qəbul olunan tələbələrlə səhər yeməyində Sentyabrın 6-da Azərbaycan Dillər Universitetinə 2024/2025-ci tədris ilində ən yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tələbələri salamlayıb, onları qəbul imtahanlarında göstərdikləri yüksək nəticələrə görə təbrik edib.

Universitetdə həyata keçirilən layihələrdən danışan rektor bildirib ki, ADU-da tələbələrin bilik və bacarıqlarının artırılması üçün hər cür zəruri imkanlar mövcuddur və yeni tədris metodlarının öyrənilməsi, tətbiqi istiqamətində beynəlxalq təcrübə öyrənilməkdədir. Universitetdə həm müəllimlər, həm də tələbələr üçün elmi araşdırmaların aparılması üçün münbit şərait var.

Görüşdə birinci kurs tələbələrinin şəxsi kitabxanasının formalaşması və dünyagörüşünün artırılması məqsədilə təşkil olunan pulsuz kitab layihəsindən bəhs olunub, tələbələrin idarəetmə bacarıqlarının formalaşması üçün hər il keçirilən “Bir günlük xəlifə” layihəsinin əhəmiyyətindən danışılıb.

Akademik Kamal Abdulla tələbələri ictimai, elmi, mədəni mühitdə fəal olmağa, öz istedadları və savadları ilə cəmiyyətə faydalı olmağa çağırıb, bədii ədəbiyyata maraq göstərməyin, incəsənəti dərindən bilməyin vacibliyini vurğulayıb.

Sonda ən yüksək nəticə göstərən tələbələrə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, beynəlxalq reytinq cədvəllərində (QS rankings, Times Higher Education) dünyanın ən nüfuzlu universitetləri sırasına daxil olan Azərbaycan Dillər Universitetinin 2024/2025-ci tədris ilində bakalavriat pilləsi üzrə qəbul planı 99,02% dolub. Universitet üzrə orta bal göstəricisi 425-430 baldır.

Tələbə adını qazanan bütün gənclərimizi təbrik edirik!

Tehsil-press.az

Oxşar xəbərlər