ADNSU-da Portuqaliyanın “Nova University Lisbon” ali təhsil müəssisəsi ilə əməkdaşlıq müzakirə olunub

ADNSU-da Portuqaliyanın “Nova University Lisbon” ali təhsil müəssisəsi ilə əməkdaşlıq müzakirə olunub Sentyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Portuqaliyanın “Nova University Lisbon” ali təhsil müəssisəsinin professoru Joao Amaro Matos və prorektor Julia Seixas ilə görüşüb.

Universitetlərarası əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə dosent Vazeh Əskərov ADNSU-nun tarixi, tədris prosesi, akademik mübadilə proqramları və beynəlxalq əlaqələr barədə qonaqlara ətraflı məlumat verib.

Təmsil etdikləri ali təhsil müəssisəsi haqqında ümumi məlumat verən qonaqlar tədris və elmi nailiyyətlərindən, reytinqlərdə iştirakdan, həmçinin maddi-texniki imkanlarından danışıblar.

Sonra, tələbə və professor-müəllim heyətinin mübadiləsi məsələsi müzakirə olunub. Hər iki ali təhsil müəssisəsinin iştirakı ilə müvafiq sahələr üzrə birgə ikili diplom proqramlarının tətbiqinin təmin olunması və digər ikitərəfli əməkdaşlıq məsələlərindən bəhs olunub.

Tehsil-press.az

Oxşar xəbərlər