ADNSU “Borusan Cat Azərbaycan” şirkəti ilə əməkdaşlıqda maraqlıdır

ADNSU “Borusan Cat Azərbaycan” şirkəti ilə əməkdaşlıqda maraqlıdır “Borusan Cat Azərbaycan” şirkətinin direktoru Ömər Əmrənin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov ilə görüşü olub.
Şirkətin nümayəndələri Aytən Məmmədova, Toğrul Rüstəmli, ADNSU-nun dekanı Əli Hikmət Əhmədov və rektorun müşaviri Sakit Səmədovun da iştirak etdikləri görüşdə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədris və təhsil prosesi, universitetin beynəlxalq əlaqələri və sənaye müəssisələri ilə iş birliyi haqqında məlumat verən V.Əskərov bildirib ki, ADNSU mühəndis profilli ali təhsil müəssisəsi olaraq sənaye və istehsalat müəssisələri ilə çevik əməkdaşlıqda maraqlıdır. “Borusan Cat Azərbaycan” şirkəti ilə daha geniş əməkdaşlıq etməyin önəmini diqqətə çatdıran V.Əskərov ADNSU tələbələrinin uğurlu təcrübə keçməsi və məzunların işlə təmin olunmasında bu əməkdaşlığın səmərəli olacağına əminliyini vurğulayıb.
Ömər Əmrə “Borusan Cat Azərbaycan” şirkətinin fəaliyyəti haqqında məlumat verib. O, ADNSU ilə müştərək layihələrin reallaşması, uğurlu nəticələrin əldə olunması üçün dəstək verəcəyini bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər