Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovun Ankara Universitetinin rektoru professor Necdet Ünüvar və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
Görüşdə V.Əskərov ADNSU-da tədris prosesi, ixtisaslar, universitetin beynəlxalq əlaqələri və ikili diplom proqramları, ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti haqqında ətraflı məlumat verib. ADNSU ilə Türkiyənin bir çox ali təhsil müəssisələri arasında əlaqələrin olduğunu qeyd edən V.Əskərov Ankara Universiteti ilə də bir sıra prioritet istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə elmi-tədqiqat işlərinin aparılmasının əhəmiyyətindən danışıb.
Professor Necdet Ünüvar Ankara Universiteti və ADNSU-nun fakültələri arasında əməkdaşlığa əsaslanan elmi-tədqiqatların aparılması, layihələrin yerinə yetirilməsi, professor-müəllim heyətinin mübadiləsində maraqlı olduqlarını bildirib.
Sonra yüksəkixtisaslı kadrların hazırlanması, tədrisdə yüksək texnologiyaların tətbiqi və birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, beynəlxalq təcrübənin tətbiqi və digər mövzular müzakirə olunub.
Nümayəndə heyəti ADNSU-nun Tarix muzeyini ziyarət edib, Azərbaycan-Türkiyə Dostluq Mərkəzində dərs prosesini izləyiblər.
Tehsil-press.az