Oklahoma Universiteti ilə ADNSU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Oklahoma Universiteti ilə ADNSU arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) ABŞ-ın Oklahoma Universitetinin Neft və Geologiya Məktəbinin Direktoru Runar Nygaard ilə görüş olub.
Görüşdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, “Neftin, qazın, geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Neft və Qaz mühəndisliyi fakültəsinin dekanı Elman İsgəndərov, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil işləri üzrə mütəxəssisi Raminə Mürşüdova və UFAZ-ın Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova iştirak ediblər.
V.Əskərov ADNSU və UFAZ barədə qonaqlara ətraflı məlumat verib, universitetin yaranma tarixi, tədris sahələri ilə qonaqları tanış edib.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında akademik əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycana səfər etdiyini bildirən Runar Nygaard bu istiqamətdə UFAZ-ın təcrübəsinin onlar üçün faydalı olacağını bildirib. Görüşdə Oklahoma Universiteti ilə ADNSU arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər