ADNSU ilə Cərrahpaşa Universiteti arasında memorandum imzalanıb

ADNSU ilə Cərrahpaşa Universiteti arasında memorandum imzalanıb Türkiyənin Cərrahpaşa Universitetinin prorektoru professor Mehmet Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-nun rektoru professor Mustafa Babanlı ilə keçirilən görüşdə qonaqlara bu ali təhsil müəssisəsinin tarixi, keçdiyi inkişaf yolu və yetişdirdiyi kadrlar haqqında məlumat verilib. Rektor, həmçinin ADNSU-da təhsil sahəsində əldə olunan nailiyyətlərdən, görüləcək işlərdən, təhsil və tədrisin keyfiyyətinin artırılması istiqamətində əldə olunan uğurlardan danışıb.
Cərrahpaşa Universitetinin prorektoru professor Mehmet Bilgin təmsil etdiyi ali təhsil müəssisəsi haqqında, oradakı tədris prosesi, gerçəkləşdirilən layihələr barədə məlumat verib. Qonaqlar belə təcrübəli universitetlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.
Görüşdə, həmçinin ADNSU ilə Cərrahpaşa Universiteti arasında əməkdaşlıq məsələləri, o cümlədən birgə elmi tədqiqatların aparılması, tədris proqramlarının razılaşdırılması, tələbə və müəllimlərin mübadiləsinə dair müzakirələr aparılıb.
Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədilə memorandum imzalayıblar.
Qonaqlar Azərbaycan-Türkiyə Dostluq Mərkəzinə də gediblər. Onlar universiteti gəzərək buradakı şəraitlə tanış olublar.

Tehsil-press.az



Oxşar xəbərlər