İyunun 4-də Türkiyənin Sabancı Universitetinin rektoru, professor Yusuf Leblebicinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovla Sabancı Universitetinin rektoru, professor Yusuf Leblebici arasında keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub, perspektiv təhsil və elmi layihələrin həyata keçirilməsindən bəhs olunub.
Dosent Vazeh Əskərov qonaqlara universitetin tarixi, buradakı tədris və təhsil prosesi, müasir texnoloji yeniliklərin təhsilin inkişafına tətbiqi və yeniliklər haqqında ətraflı məlumat verib. Qardaş ölkənin Sabancı Universiteti ilə əmkdaşlıqda maqraqlı olduğunu bildirən dosent Vazeh Əskərov birlikdə həyata keçiriləcək layihələrin tez bir zamanda müsbət nəticə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Türkiyənin Sabancı Universitetinin rektoru, professor Yusuf Leblebici qonaqpərvərliyə görə təşəkkür edərək rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Qonaq qeyd edib ki, ADSNU ilə əməkdaşlıq etməkdə maraqlıdırlar və uğurlu nəticə üçün əllərindən gələni əsirgəməyəcəklər.
Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr təqdim ediblər, xatirə fotoları çəkilib.
Qonaqlar ADNSU-ya səfər çərçivəsində auditoriyalara, laboratoriyalara baş çəkərək universitetlə daha yaxından tanış olublar və burada təhsil v tədris üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Tehsil-press.az