Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam təqdir olunur
Prezident İlham Əliyev cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.
“Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır”, - sərəncamda vurğulanıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə:
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etmək;
fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etmək.
Aidiyyəti dövlət orqanlarına (qurumları) bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə edilib.
Bu sərəncam məhkumların həyatını necə dəyişəcək?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində 8 peşə məktəbi, 11 peşə filialı və qrupları fəaliyyət göstərir: “Bu gün cəzaçəkmə yerlərində 17 ixtisas üzrə 60-dan artıq qrupda min nəfərdən artıq məhkum peşə təhsilinə cəlb olunub. Cənab Prezidentin imzaladığı sərəncam cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsini nəzərdə tutur. Bu sahəyə diqqət peşə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını şərtləndirəcək. Ümumiyyətlə, məhkumların təhsilə cəlbi olduqca vacib məsələdir. Məsələn, qonşu Rusiyada məhkumların ali təhsilə cəlb edilməsi mexanizmi var. Hazırda məhbuslar müxtəlif ixtisaslar üzrə istəklərinə uyğun distant təhsil alır. Seçdikləri isə ən çox iqtisadiyyat, menecment, kiçik biznesin idarə olunması, maliyyə və kredit, reklam üzrə mütəxəssis, sosiologiya, bank işi və psixologiya ixtisaslarıdır. İxtisas seçimi də sərbəstdir. Məhkumlar onlayn tapşırıq alır və yerinə yetirdikləri mövzuları və imtahan cavablarını göndərirlər. Təcrübə göstərir ki, peşə sahibi olan, diplom alan məhkumlar nadir hallarda cəzaçəkmə yerlərinə qayıdırlar. İnsan azadlıqda öz yerini tapanda, artıq cinayətdən uzaq olur. Azərbaycanda cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında məhkumlarla tərbiyə tədbirlərinin keçirilməsi şərtləri və təhsilin təşkili fəslində müəyyən müddətdə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının müvafiq normativ aktlara əsasən təşkil edilməsi məsələləri yer alıb. Belə ki, məhkumların ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının bir rejimdə cəza çəkən məhkumların digərindən təcrid edilmə tələblərinə riayət olunmaqla həyata keçirilməsi barədə ayrıca maddə var. Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ümumi orta təhsil və peşə təhsili üzrə imtahan vermək üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Cəza çəkənlər də bizim vətəndaşlarımızdır, onların arasında adi bir yanlışlıq üzündən cəza çəkənlər və səhvini başa düşərək peşman olanlar da az deyil. Məhkumların peşəyə yiyələnmək istəyi, təhsil almaq arzusu alqışlanmalıdır. Peşə sahibi olan şəxslər azadlığa çıxdıqdan sonra cəmiyyətdə öz yerlərini rahat tapa bilirlər. Cənab Prezidentin sərəncamı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin reinteqrasiya imkanlarını artıracaq”.
Tehsil-press.az