Peşə təhsili müəssisələrinin Direktorlar Şurasının ilk iclası keçirilib

Peşə təhsili müəssisələrinin Direktorlar Şurasının ilk iclası keçirilib Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinin Direktorlar Şurasının ilk iclası keçirilib.
Tədbirdə direktor Pərviz Yusifov agentliyin nəzdində məşvərətçi orqan olaraq fəaliyyət göstərəcək şuranın yaradılması məqsədindən danışıb. Qeyd edib ki, şura peşə təhsil müəssisələrinin fəaliyyəti, qarşılaşdıqları problemlərlə bağlı mütəmadi müzakirələr keçirilməsi və müvafiq qərarlar qəbul olunması məqsədlərinə xidmət edəcək.
İclasda iştirak edən peşə təhsili müəssisələrinin direktorları şuranın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb, mövcud problemlər və onların həlli yollarına toxunublar.
Tədbirdə, həmçinin uzunmüddətli əmək fəaliyyətinə görə peşə təhsil müəssisələrində rəhbər vəzifədə çalışmış bir sıra şəxslər təltif edilib.
Qeyd edək ki, 9 nəfərdən ibarət Direktorlar Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri arasında koordinasiyanın gücləndirilməsi, sözügedən təhsil pilləsi üzrə tətbiqi nəzərdə tutulan normativ hüquqi sənədlər və təlimatlar hazırlanması zamanı səmərəli müzakirələrin təşkili və peşə təhsili müəssisələrinin fəaliyyətinin optimallaşdırılması kimi məqamları hədəfləyir.

Tehsil-press.az

Oxşar xəbərlər