Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi

Bu marşrutların hərəkət istiqaməti dəyişdirildi Sabahdan Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, buna səbəb paytaxt yollarında aparılan təmir işlərinin aparılmasıdır.

Məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər