Ömürlük məhkum edilən aktyor 26 ildən sonra bəraət aldı

Ömürlük məhkum edilən aktyor 26 ildən sonra bəraət aldı Nyu-York məhkəməsi 24 ilə yaxın həbsdə yatmış "Sing Sing" dramında rol almış aktyor Con-Adrian "JJ" Velaskesin cəzasını ləğv edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

1998-ci ildə Harlem qumarxanasında silahlı soyğunçuluq zamanı təqaüdçü bir polis məmurunun ölümünə görə Con-Adrian ömürlük həbs cəzasına məhkum edilib. 2021-ci ilin sentyabrında işdə yeni DNT dəlilləri aşkar edilib və bu səbəbdən indi Velaskes həbsdən azad olunub.

Xalq arasında "Sing Sing" kimi tanınan Ossining Maksimum Təhlükəsizlik Həbsxanasında olarkən Velaskes incəsənət vasitəsilə reabilitasiya proqramının iştirakçısı olub. Onun hekayəsi rejissor Qreq Quidarı 2023-cü ildə ekranlara çıxan "Sing Sing” filmini çəkməyə ruhlandırıb. Velaskes peşəkar aktyorlarla birlikdə filmdə rol alan bir neçə keçmiş məhbusdan biri olub.

"The Guardian" qeyd edir ki, hökmün ləğvi zamanı Velaskes məhkəmə zalında dostlarını və ailəsini qucaqlayaraq göz yaşı töküb. Bölgə prokurorluğu 2014 və 2018-ci illərdə Velaskesin ittihamnaməni ləğv etmək tələblərini iki dəfə rədd etmişdi, lakin 2022-ci ildə istintaqı yenidən başladıb.

Tehsil-press.az

Oxşar xəbərlər