Yaponiyanın Ali məhkəməsi dörd nəfərlik ailənin qətlində ittiham edilərək edam cəzasına məhkum olunmuş 87 yaşlı İvao Hakamadanın işinə yenidən baxılması barədə qərarı qüvvədə saxlayıb.
İvao Hakamada artıq 50 ildir ölüm hökmünün icrasını gözləyir. Peşəkar boksçu olan Hakamada öz rəisini, onun həyat yoldaşını və iki qızını qətlə yetirməkdə şübhəli bilinərək 1968-ci ildə həbs olunmuşdu. Həbsindən 20 gün sonra o, qətl törətdiyini etiraf etmişdi. Lakin məhkəmədə demişdi ki, ona işgəncə verərək ifadə alıblar. Vəkillər isə müstəntiqlərin dəlilləri saxtalaşdırdığını iddia etmişdilər.
2014-cü ildə Yaponiya regional məhkəməsi sübutların saxta ola biləcəyi ehtimalını nəzərə alaraq təkrar iclas keçirmək qərarına gəlib və İvao Hakamadanı azadlığa buraxıb. Tokio məhkəməsi qərarı ləğv etsə də, Ali məhkəmə onu qüvvədə saxlayıb.
Mövcud qaydalara görə, cinayət işinin yenidən baxılmasına illərlə vaxt lazım gələ bilər və vəkillər bu prosedurun qısaldılmasına çağırır.
Tehsil-press.az