Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov “Şərq qapısı” qəzeti redaksiyasında olub, qəzetin fəaliyyəti ilə yaxından maraqlanıb. “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova 103 yaşlı mətbu orqanın müasir dövrün çağırışlarına uyğun qurulan iş prinsipi haqqında məlumat verib, maddi-texniki bazanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, qəzetin yaradıcı heyəti oxucu maraqlarını nəzərə alaraq günün nəbzini tutan yazılar hazırlayır, ölkəmizin, o cümlədən muxtar respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələrin geniş oxucu kütləsinə çatdırılması üçün var qüvvəsi ilə çalışır. Kollektiv həftəlik qəzet nömrəsinin buraxılışı ilə yanaşı, sosial şəbəkə hesabları üzərindən də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq üçün səy göstərir.
Görüş zamanı redaksiyanın ən yeni avadanlıqlarla təchizatı ilə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib./NUHÇIXAN/
Tehsil-press.az