Limon qabığının sirləri - belə istifadə edin

Limon qabığının sirləri - belə istifadə edin Limon suyu sıxıldıqdan sonra onun qabığı çox vaxt atılır.

News24.az xəbər verir ki, limon qabıqları ev təmizliyindən dəri sağlamlığına qədər verdiyi faydalarla həyatı asanlaşdırmağa kömək edir.

Yağ təmizləyicisi: Təmizlikdə limon qabığının istifadəsi mətbəx dəzgahları və buna bənzər səthlərdəki yağ ləkələrini aradan qaldırmağa kömək edir. Limon qabıqlarını alma sirkəsi ilə qarışdıraraq təbii sprey yarada bilərsiniz. Bu sprey heç bir iz buraxmadan təbii təmizlik təmin edir.

Dərini yeniləyir: Limon qabıqları tərkibindəki təbii efir yağları sayəsində dəriyə qulluqda da təsirlidir. Dəriyə qulluqda limon qabıqlarından istifadə dərini ölü hüceyrələrdən təmizləyir. Bu faydadan yararlanmaq üçün limon qabıqlarını rəndələyib bal və qatıqla qarışdıra bilərsiniz. Bu qarışımdan maska kimi dərinizə çəkərək faydalana bilərsiniz.

Limon çayı: Limon qabığı limon suyu kimi C vitamini və antioksidantlarla zəngindir. Tərkibindəki zəngin quruluş sayəsində limon qabıqları bitki çayı şəklində istehlak edilə bilər. İmmuniteti gücləndirən və həzmi asanlaşdıran limon qabığı çayını mütəmadi olaraq qəbul edərək daha sağlam həyata addım ata bilərsiniz.

Böcəklərə əlvida deyin: Evləri zəbt edən və qısa müddətdə sürətlə çoxalan həşəratlardan xilas olmaq üçün limon qabığından kömək ala bilərsiniz. Mətbəx şkafı, pəncərə altı, eyvan kimi yerlərə limon qabığı qoyaraq zərərvericilərin evə girməsinin qarşısını ala bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər