Lənkəran-Astara bölgəsinin torpaq-iqlim şəraitində yeni çay və limon sortlarının yaradılması üçün tədqiqatlar aparılır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bugünkü iclasında AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məruzə edən Elmi mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev deyib.
F.Quliyev ölkəmizdə çay plantasiyalarının məhsuldarlığının və keyfiyyətinin yaxşılaşdırılması, Lənkəran-Astara bölgəsinin özünəməxsus torpaq-iqlim şəraitində çayın yeni sort və kollarının yaradılması, onların təsərrüfatlara təqdim edilməsi kimi məsələlərin elmi mərkəzdə əsas elmi məqsəd kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, hesabat ilində klon seleksiyası üzrə tədqiqat işləri aparılıb, toplanmış nümunələr əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində çayların keyfiyyət göstəricilərinin yüksək olduğu müəyyənləşdirilib.
Aparılan digər tədqiqat işlərinin Lənkəran limon sort-formaları ilə əlaqədar olduğunu deyən F.Quliyev tədqiqat məqsədinin yerli şəraitdə az yayılmış sortların morfoloji, bioloji və təsərrüfat əhəmiyyətinin qorunması, bərpa edilməsi, bu sortların müasir seleksiya baxımından qiymətləndirilməsi, keyfiyyət göstəricilərinə görə yeni sortların seçilməsi və yaradılması olduğunu bildirib.
Tehsil-press.az