Oktyabrın 9-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmiləri Bakı Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazisi Valeh İsayevi ziyarət edib. Görüş qazinin təhsilini davam etdirməsi ilə bağlı müraciətinin təmin edilməsi məqsədilə keçirilib.
Bu barədə Modern.az-a Agentlikdən məlumat verilib.
Valeh İsayev müharibədə ağır yaralanaraq hərəkət qabiliyyətini itirməsinə baxmayaraq təhsilini davam etdirmək istəyini bildirib. Görüş zamanı Agentlik rəsmiləri qazinin müraciətini dinləyib və onun xüsusi vəziyyəti nəzərə alınaraq qanunvericilik çərçivəsində təhsil hüququnun təmin olunması üçün uyğun tədbirlərin görüləcəyini bildiriblər.
Xatırladaq ki, yaxın zamanda mediada qazinin bacısı tərəfindən V. İsayevin sağlamlıq vəziyyəti ilə bağlı təhsilini davam etdirə bilməməsi barədə müraciəti yayılıb. Araşdırma nəticəsində məlum olub ki, Valeh İsayevin təhsilinin bərpası ilə bağlı Agentliyə və ya qəbul olduğu universitetə müraciəti daxil olmayıb. Bununla yanaşı, məsələ Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, sosial baxımdan həssas əhali qrupuna aid tələbələr daim diqqətdə saxlanılır və onların təhsil almaq hüququnun təmin olunması üçün qanunvericilik çərçivəsində tədbirlər görülür.
Tehsil-press.az