Qazaxıstanda Xalqların Birlik Günü qeyd edilir

Qazaxıstanda Xalqların Birlik Günü qeyd edilir Bu gün Qazaxıstanda Xalqların Birlik Günü qeyd edilir.

“Novosti-Kazaxstan” agentliyinin verdiyi məlumata görə, Qazaxıstanda 100-dən çox millət və xalq yaşayır.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1996-cı ildə 1 mayı Qazaxıstan Xalqlarının Birlik Günü elan edilməsi barədə sərəncam imzalayıb. Xalqların Birlik Günü ilə əlaqədar Qazaxıstanda yaşayan xalqların ənənələri ilə tanışlıq məqsədi ilə müxtəlif mədəniyyət mərkəzlərində bayram tədbirləri keçirilir.
Bu gün Almatıda Qazaxıstan Xalqlarının Birlik Günü ilə əlaqədar təşkil edilən bayram konsertində çıxış edən prezident N. Nazarbayev Ukraynanı misal gətirərək xalqların birliyinin önəmini vurğulayıb: “Məgər Ukrayna iqtisadiyyat və sosial sahələrin inkişafı ilə məşğuldur? Əlbəttə, yox! Ukrayna keçmiş SSRİ-də böyüklüyünə görə ikinci ölkə olub, ancaq bu gün iqtisadiyyatı Qazaxıstandan yarıya qədər azdır. Çünki Ukraynada daxili birlik yoxdur. Qazaxıstanda bütün xalqlar bərabər hüquq və imkanlara malikdir. Bizim üçün bütün bayramlarımız, o cümlədən dini bayramlara münasibət eynidir. Bu gün xristianların Pasxa bayramıdır, bu bayram münasibəti ilə bütün xristianları təbrik edirəm. Bu gün bazar iqtisadiyyatının qurulduğu Qazaxıstana bütün dünyada hörmətlə yanaşılır”.

tehsil-press.az

Oxşar xəbərlər