“Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, növbəti illərdə qəbul planı daha da artırılacaq:
“Biz daha çox azərbaycanlının ali təhsil almasını istəyirik. Buna da nail oluruq. Hazırda 20 il əvvəllə müqayisədə iki dəfə çox insan ali təhsil alır. Proses davam edəcək. 2026-cı ilə kimi qəbul planının 75 min olmasını hədəfləyirik. Hesab edirəm ki, bu rəqəm daha da artacaq. Çünki bu il həm Qarabağ, həm də Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başladı.
Nazirlik qəbul planının əsasən regionlarda artırılmasının tərəfdarıdır. İstəyimiz odur ki, regionlardakı ali təhsil müəssisələri universitet formatına düşsün. Yəni oradakı universitet 1000 nəfərlik olmasın”.
O da məlum olub ki, Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 2026-cı ilə qədər bakalavriat səviyyəsində qəbul planının 75 min olması hədəf kimi müəyyənləşdirilib. Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleymanın sözlərinə görə, artıq növbəti illərdə qəbul planında artımla bərabər, optimallaşdırmalara da gediləcək.
Hazırda ölkə üzrə 48 ali təhsil müəssisəsi, 2 xarici ali təhsil müəssisəsinin filialı olmaqla 50 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Statistik məlumatları təqdim edən şöbə müdiri bildirib ki, 50 ali təhsil müəssisəsi (2-i xarici ali təhsil müəssisəsinin filialı olmaqla) üzrə bakalavriat səviyyəsinə qəbul planı cari tədris ili üçün 62.017 yer olaraq müəyyənləşdirilib, planın 95%-i (59.026 nəfər) üzrə isə faktiki qəbul baş tutub.
Magistratura səviyyəsində isə 16.568 plan yerinə 14.104 nəfər (85% qəbul faizi) qəbul olub. Dövlət sifarişli yerlərin sayının artırılması ilə bağlı islahatlardan bəhs edən T. Süleyman ümumi qəbul planının təxminən 50%-nin dövlət sifarişli yerlər olduğunu vurğulayıb.
Bu da o deməkdir ki, hazırda qəbul olan hər iki tələbədən biri ödənişsiz əsaslarla təhsil alır. O, ali təhsil pilləsi üzrə qəbul planı və faktiki qəbul olanların nisbətinə də toxunub:
“Bu il bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə ümumilikdə 80.000 qəbul planı verilib. Tələbə adını qazananlar isə təxminən 74 min nəfərdir. Növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görməliyik. Bu da ciddi araşdırma və təhlil tələb edən məsələdir”.
Qeyd edək ki, ali məktəblərə qəbul planında yerlərin sayının artırılmasına baxmayaraq, bəzi məzunlar əmək bazarında iş tapa bilmirlər. Mütəxəssislər isə həmin ixtisaslara artıq ehtiyac olmadığını bildirirlər. Bununla yanaşı, ölkəmiz heç də ali təhsilli insanların sayına görə öndə getmir. Optimallaşma həyata keçiriləcəyi təqdirdə ixtisaslı kadrların sayı necə dəyişəcək?
Təhsil üzrə ekspert Elşən Qafarov “Cümhuriyət”-ə bildirib ki, ölkənin “2022-2026-cı illər İqtisadi İnkişaf Konsepsiyası”nın təhsillə bağlı bölümündə bakalavriat üzrə tələbə qəbulunun ölkədə 75 minə çatdırılması hədəf kimi göstərilib:
“Bu proses 2 ildir başlayıb. Əvvəllər hər il 45 min tələbə qəbul olunurdusa, 2023-2024-cü il tədris ilində tələbə qəbulu 56 minə qaldırıldı. Bu il isə 65 min nəfər nəzərdə tutulsa da, bu reallaşmadı və 60 min tələbə qəbulu oldu.
Ölkədə 45 ali məktəb fəaliyyət göstərir və söhbət mülki ali məktəblərdən gedir. Bundan başqa, UNEC-in Zaqatala filialı və ADPU-nun 6 filialı var. Artıq Qarabağ Universiteti fəaliyyət göstərir və orada 1200 tələbə oxuyur. Türkiyə-Azərbaycan Universitetində 100-ə yaxın tələbə təhsil alır. Eyni zamanda, Azərbaycan-Rusiya, Azərbaycan-İtaliya universitetlərinin növbəti illərdə açılacağı gözlənilir. Yəni, qəbul sayının artırılması ilə bağlı iki ilimiz var. Burada problem odur ki, hazırda universitetlərin sayı 46 olub.
Bəs tələbə sıxlığı necə olacaq? Bizdə Bakı, Sumqayıt, Abşeron və iri şəhərlərdə şagird sıxlığı müşahidə olunur. Ancaq tələbələrin də sıxlığı var və bu, tələbələrin sıxlığı hesabına həll olunmamalıdır. Bu baxımdan, yeni universitetlərin açılması gündəmdədir.
Məsələn, Şəki Dövlət Universitetinin açılması, Qarabağ Universitetinin genişləndirilməsi gündəmdədir. Füzuli, yaxud Zəngilan ərazisində nəqliyyatla bağlı universitet açıla bilər.
Əsas məqamlardan biri də universitetlərə yeni korpusların tikilməsidir. Düşünürəm ki, tələbə sayının artırılması ilə yanaşı, tələbə sıxlığı da nəzərə alınacaq. İqtisadi İnkişaf Konsepsiyasına uyğun olaraq daha çox mühəndislik, texnoloji, IT, İKT, aqrar sahə ilə bağlı daha çox plan yeri ayrılması gözlənilir.
Qarabağ Universitetinə yeni korpuslar tikməklə onu ölkənin və Cənubi Qafqazın ən böyük universitetinə, eləcə də türk dünyasının layiqli təhsil ocağına çevirmək olar. Nəticədə hədəflədiyimiz 75 min tələbənin hamısını Bakıya toplamayaq və onlar regionlara, xüsusilə də Qarabağ Universitetinə bölünsünlər”.
Ekspert ümid etdiyini bildirib ki, bununla bağlı müvafiq addımlar atılacaq:
“Optimallaşma ilə bağlı bəzi ixtisaslar ixtisar edilə bilər. Əmək bazarının tələblərinə uyğun deyilsə, əmək bazarında o ixtisasla bağlı iş yoxdursa, bağlanacaq. İş olan sahələr üzrə yeni ixtisaslar yaranacaq. Bu, daim belə olub. Optimallaşma belədir ki, təhlillər aparılır, sistem yenilənir, tələbat olmayan ixtisaslar üzrə kadr hazırlığına dövlət niyə vəsait xərcləsin? Tələbat olan sahələr üzrə ixtisaslar yaradılsın”.
Tehsil-press.az