Azərbaycan Dillər Universitetində (ADU) 2021/2022-ci tədris ili üzrə qəbul planında bakalavriat səviyyəsi üzrə 1700, magistratura səviyyəsi üzrə 351 yer nəzərdə tutulmuşdu. Tələbə qəbulunun nəticələrinə əsasən, qəbul planı 98,5 faiz yerinə yetirilib. Keçən tədris ilində bu rəqəm 95 faiz təşkil edib.
Bunu tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova deyib. O bildirib ki, qəbul planının hər il artan sıra ilə yerinə yetirilməsi qürurvericidir: “Hər il olduğu kimi, bu il də əmək bazarının tələblərini nəzərə alaraq, rəqabətliliyi artırmaq məqsədilə korreksiyaedici təlim, tərcümə (ərəb dili üzrə) kimi yeni ixtisasların tədrisinə başlamağımız nəzərdə tutulub. Sevindirici haldır ki, yeni təklif olunmasına baxmayaraq, bu ixtisaslara qəbul 100 faiz təşkil edir. Universitetə marağın ildən-ilə artması gərgin, birgə əməyin nəticəsidir. Hər il qəbul planının maksimum yerinə yetirilməsi məqsədilə ADU kollektivi müxtəlif istiqamətlərdə iş aparır. Bura tədrisin keyfiyyətinin artırılması, elmi potensialın daha da gücləndirilməsi, maddi-texniki bazanın daha da yaxşılaşdırılması, beynəlxalq əlaqələrin ildən-ilə genişləndirilməsi və s. istiqamətlərdə aparılan işləri qeyd etmək olar. Universitetimizdə xarici dillərin öyrədilməsi ilə yanaşı, digər ixtisasların ingilis dilində tədrisi də həyata keçirilir. Məsələn, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, jurnalistika. Gələcək məqsədimiz bu siyahını artırmaqdır”.
Şöbə müdiri əlavə edib ki, ADU-da 20-yə yaxın dil tədris olunur. Tələbələrin öz ixtisaslarından əlavə istədikləri dili öyrənmək şansı var: “Nəinki dili, hətta universitetimizdə fəaliyyət göstərən 20-yə yaxın ölkəni təmsil edən mərkəzlər sayəsində həmin ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını və s. öyrənmək şansı var. Tələbələrimiz müxtəlif proqramlar, ikili diplom layihələri çərçivəsində digər ölkələrdə təhsil alırlar. Universitetimizə marağın səbəblərindən biri də əmək bazarının tələblərinə uyğun kadr hazırlığını həyata keçirməyimizdir. Əminəm ki, ADU-da təşkil olunan, tələbəyönümlü, mobil, yüksək keyfiyyətli tədris və bu istiqamətdə davam edən işlər qəbul planının əmək bazarının tələbinə uyğun düzgün proqnozlaşdırılması sayəsində qəbul səviyyəmiz hər il artacaq. Hazırda universitetdə tələbələrin qeydiyyatı prosesi davam edir. Qeydiyyat onlayn şəkildə həyata keçirilir. Universitetimizə qəbul olub tələbə adını qazanan abituriyentləri təbrik edir və bizi seçdikləri üçün təşəkkür edirəm”.
Tehsil-press.az