Emin Əmrullayev: "Direktor tapmaqda çətinlik çəkirik"

Emin Əmrullayev: "Bəzi hallarda məktəbdə işləyəcək direktorluğa namizəd olacaq şəxs tapmaqda çətinlik çəkirik".

Oxu.Az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, buna baxmayaraq, hazırda direktor qəbulu üçün minimal sayda vakansiya elan edilib:

"Məktəblərin sayı 4400 olanda bu 44 nəfər, təxminən 1% edir. Bu rəqəm sizə böyük gələ bilər. Lakin faiz nöqteyi-nəzərindən vakansiya 5-6 faiz olacaq, bu isə haradasa bir neçə yüz nəfər deməkdir. Bunun qarşısı alınmazdır. Əsas olan odur ki, bizim qaydamız, prosedurumuz var və ona uyğun olaraq prosesi davam etdiririk".



Tehsil-press.az

Oxşar xəbərlər