Jurnalistlər İvanişviliyə hücum etdilər: Təhlükəzilik xidməti qarşısını ala bilmədi - VİDEO

Jurnalistlər İvanişviliyə hücum etdilər: Təhlükəzilik xidməti qarşısını ala bilmədi - VİDEO “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin brifinqində jurnalistlər izdiham təşkil ediblər.

Bu barədə "NEWS.ru"nun müxbiri məlumat yayıb.

Siyasətçi parlament seçkilərində səs verəndən dərhal sonra mətbuat nümayəndələri onun üstünə "hücum" çəkib. Jurnalistlərin kortəbii axını İvanişvilinin mətbuat xidmətinin zəif təşkil olunmasından xəbər verir.

Videodan da görünür ki, müxbir izdihamı faktiki olaraq siyasətçiyə mikrofonla hücum edib. Sanki jurnalistlər spikeri itələyirlər və təhlükəsizlik xidməti həm yerli, həm də xarici müxbirlərin "hücum"unu saxlamaqda çətinlik çəkir.

O da məlum olub ki, parlament seçkiləri günü Gürcüstanın Zuqdidi şəhərindəki seçki məntəqəsində dava düşüb. Zuqdidi “Milli Hərəkat - Birlik” təşkilatının sədri Ana Tsitlidzenin sözlərinə görə, “Gürcü Arzusu” partiyasının tərəfdarı Giorgi Djikiya müşahidəçilərə hücum edib.

Qeyd olunur ki, münaqişəyə səbəb qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsinin "səsvermə prosesinin anonimliyinin hakim partiyadan olan müşahidəçilər üçün təhlükə" altında olması barədə deməsi olub. Gürcüstan Mərkəzi Seçki Komissiyası hələ ki, vəziyyəti şərh etməyib.

Hüquq-mühafizə orqanları hadisə yerindədir./Publika.az/

Tehsil-press.az

Oxşar xəbərlər