Bu gün Əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin 70 yaşı tamam olur.
Professor bildirib ki, yubileyini bu gün ailə üzvləri, sabah isə dostları ilə qeyd edəcək: “Mən hesab edirəm ki, yubiley insan üçün bir hesabatdır. Əslində hər gün hesabat olmalıdır. Yəni hər gün insan öz vicdanı, Allahı qarşısında hesabat verir. İnsanın bir çevrəsi var, onunla bağlı düşüncələri var. 70 yaşım tamam olur. Hiss edirəm ki, bu, 50 deyil, 60 deyil… Bunun zəhmi bir az ağırdır. Yenə yaxşıdır ki, insan özünü gənc hiss edir. Bu, çox gözəldir.
70 yaşdan boylanıb geriyə baxanda əlbəttə, hər şey hamar görünmür. Heç də hər şey səni razı salmır. Amma sevinirsən ki, razı salan nüanslar, görülən işlər çoxdur. İndi qəzetlərdə bioqrafiyam çap olunur və baxıram ki, boş-boşuna yaşamamışam. Əlbəttə daha çox işlər görülə bilərdi. Şəraitlə, adamın öz işi ilə bağlı olan problemlər var.
Bunlar hər zaman insanın ayağına dəyirman daşı kimi asılır qalır. Qarşına çoxlu maneələr çıxır və sən onları keçmək üçün enerji sərf edirsən. Düşünürəm ki, o enerjini daha səmərəli istifadə etmək olardı. Amma indi də gec deyil. Qarışıq hisslər altındayam. Məni təbrik edən hər kəsə öz təşəkkürümü bildirirəm. Çox görkəmli şəxsiyyətlər, müxtəlif peşə sahibləri, sadə insanlar zəng edirlər”.
Qeyd edək ki, Qulu Məhərrəmli 1954-cü ildə Zəngilanda doğulub. Televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru olan Q. Məhərrəmli müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir.
Tehsil-press.az