Mərhum yazıçı, publisist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) keçmiş rektor müşaviri, Əməkdar jurnalist Aqşin Babayevin anadan olmasının 84 ili tamam olur. Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə ADMİU-da onlayn anım tədbiri keçirilib.
Tədbiri açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Aqşin Babayevi nikbin, enerjili və xeyirxah insan kimi xatırlayaraq deyib: “Mənalı ömür” ifadəsi Aqşin Babayevin həyatına tam uyğun gəlir. O, bir ömrün içərisində sanki bir neçə həyat yaşayıb - jurnalist, yazıçı, müəllim, alim, kafedra müdiri və sair. Aqşin müəllim bizim universitetin ağsaqqalı idi. Biz hər işimizdə onu yanımızda hiss edirdik. Onun yoxluğu ilə böyük bir boşluq yarandı və mən hələ də o boşluğu hiss edirəm”.
Tədbirdə ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva Kəngərli Aqşin Babayev haqqında keçmiş zamanda danışmağın çətin olduğunu söyləyib: “O özü xatirə dəftəri idi. Qəlbi sanki xatirələrlə dolu kitab idi. Auditoriyasında oturub dərsini dinləməsəm də, onu özümə müəllim hesab edirəm. Aqşin Babayev çox xoşbəxt müəllim idi. Hər yerdə ondan sevgiylə, hörmətlə bəhs edən tələbələri var”.
ADMİU-nun kafedra müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli Aqşin Babayevin yaradıcılığından bəhs edib: “O, sözü duyan yazıçı, teatrı çox sevən dramaturq, televiziyanı, radionu dərindən bilən jurnalist, incə duyğuları sözə çevirməyi bacaran şair, nüfuzlu alim idi. Tələbəlik illərindən pyeslər yazmağa başlayıb və əsərləri teatrlarda səhnələşdirilib. Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Xilaskar” pyesini özünün şah əsəri hesab edib. A.Babayevin Ulu Öndərlə bağlı çox fərqli duyğuları, düşüncələri vardı. Zamanında onunla birgə işləməsini böyük fəxrlə qeyd edirdi. Həmişə onun haqqında danışanda heyrətamiz məhəbbət hiss edirdik”.
Ə.Əmirli Aqşin Babayevin “Yarpaq ömrü” şeirini səsləndirib.
Tədbirdə sənətşünas, ssenarist Nadir Bədəlov, ADMİU-nun prorektoru Sədaqət Əliyeva, dosent Vasif Adilov və başqaları çıxış edərək Aqşin Babayevlə bağlı xatirələrini bölüşüblər.
Sonda professor Ceyran Mahmudova bildirib ki, karantin rejimi bitdikdən sonra A.Babayevin xatirə gecəsi geniş şəkildə keçiriləcək. Tədbirdə Aqşin Babayevin xatirəsinə həsr edilən videoçarx nümayiş olunub.
Tehsil-press.az