Aeroport şosesində üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.
Hadisə aeroport şosesinin Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Piyada 1963-cü il təvəllüdlü Emin Əziz oğlu Nəsibov şosedə əks tərəfə keçmək istəyərkən onu "Range Rover" markalı avtomobil vurub.
Eyni istiqamətdə olan "Fiat" markalı nəqliyyat vasitəsi "Range Rover" markalı maşına çırpılıb. Qəza nəticəsində "Fiat" markalı maşında olan sərnişin 26 yaşlı Asim Natiq oğlu Hacızadə avtomobildən çıxaraq yola düşüb. Zərbənin təsirindən o ölüb.
Qəza nəticəsində avtomobillərdə olan sərnişinlər Seymur Sultanov, Tamella Sultanova, Günay Yusifova və İlkin Novruzlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin verdiyi məlumata görə, qəza nəticəsində ağır xəsarət alan piyada E.Nəsibovun vəziyyəti ağırdır.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
Tehsil-press.az