İstanbul başda olmaqla Türkiyənin 32 vilayətində “saxta resept” əməliyyatı keçirilib.
Tehsil-press.az Türkiyə mediasına istinadən xəbər ki, İstanbul Polis Təşkilatına bağlı polis qruplarının keçirdiyi əməliyyat çərçivəsində 266 ünvana basqın təşkil edilib.
Əməliyyat zamanı aralarında Diyarbəkr Dəclə Universitetinin bir professoru, çoxlu sayda həkim və əczaçı da olmaqla 100-dən çox adam saxlanılıb.
Dərman şəbəkəsi üzvlərinin reseptləri birlikdə çalışdıqları həkimlərə yazdırdıqları, xərçəng, orqan nəqli və diabet kimi xəstəliklərin müalicəsi üçün lazım olan bahalı dərmanları razılaşdıqları apteklərdən alaraq “qara bazar”da satdıqları müəyyən edilib. Şəbəkə üzvlərinin bununla da Sosial Təhlükəsizlik Təşkilatından milyonlarla dollar gizlədikləri bildirilir. İstintaq zamanı məlum olub ki, şəbəkə üzvləri əldə etdikləri pulların bir hissəsini PKK terror təşkilatına köçürüb. Bəzi dərmanların isə Suriya və Şimali İraqa aparıldığı iddialar edilir.
Tehsil-press.az