Hərbi tarixdə ilk: Qadın batalyonu qonşu ölkəyə yeridildi

Hərbi tarixdə ilk: Qadın batalyonu qonşu ölkəyə yeridildi İsrailin hərbi tarixində ilk dəfə olaraq qadın döyüşçülər əməliyyat missiyası çərçivəsində Livana daxil olublar.

İsrailin Şimal Komandanlığının rəisi general-mayor Ori Qordin bir neçə həftə əvvəl Livanın cənubunda döyüş kəşfiyyatı batalyonundan bir komandanın yerləşdirilməsini təsdiqləyib.

“Yerusəlim Post” yazır ki, müharibə başlayandan bəri qadınlardan ibarət döyüş kəşfiyyatı qrupu Suriya sərhədi yaxınlığında və Dov dağı bölgəsində yerləşdirilib.

“Onların vəzifələrinə kəşfiyyat məlumatlarının toplanması, terrorçuların yerlərinin müəyyən edilməsi, hədəf siyahılarının hazırlanması, təhdidlərin zərərsizləşdirilməsi və terror infrastrukturunun dağıdılması üçün quru və hava qüvvələrindən atəşin istiqamətləndirilməsi daxildir”, - məlumatda deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər