Məşhur Xalq şairinin qudası həbs edilib

Məşhur Xalq şairinin qudası həbs edilib Əvvəllər dələduzluq,talama və mənimsəmə əməllərinə görə həbs edilərək 12 ildən artıq həbs həyatı yaşamış,sosial şəbəkələrdə tanınmış iş adamı kimi təqdim edilən əslən Goranboy rayonundan olan Müqayis Verdiyev yenidən həbs olunması barədə məlumat vermişdik.

Iş adamının həbsi ilə bağlı yeni məlumatlar əldə edib.

Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onun uzun müddət gizləndiyi yer müəyyən edilmiş və həbs olunmuşdur.

Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tələblərinə uyğun olaraq ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətinə istintaq hərəkətlərinin başa çatdırılması üçün barəsində həbs qəti imkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq Təcridcxanasına göndərilib.

Əvvəllər də eyni əməllərə görə həbs edilən Mübariz Verdiyevin barəsində mətbuatda qazi nvə şəhid ailələrinə maddi ziyan vurmasına dair çoxsaylı neqativ məlumatlar yer alıb.

Citypost.az araşdırma apararkən onu da öyrənib ki,Mübariz Verdiyev Xalq şairi Ramiz Rövşənin oğlu Rövşənin qayınatasıdır. Rövşən ailəsi ilə birlikdə Türkiyədə yaşayır./CityPost.az /

Tehsil-press.az

Oxşar xəbərlər