Müharibə başa çatandan bu günə qədər 250-dən çox hərbi və mülki vətəndaş ermənilərin ərazilərimizdə yerləşdirdiyi minalardan xəsarət alıb və həyatını itirib.
Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, bu faktlar bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir.
"Bəzi ərazilərimizdə 2021-ci ilin minalarının tapılması onu göstərir ki, Ermənistan kapitulyasiya aktı bağladıqdan sonra belə ərazilərimizdə ölkələrində istehsal etdiyi minaları yerləşdirməyə davam edir. Bununla da Ermənistan daha çox Azərbaycan vətəndaşının xəsarət alaması və həyatını itirməsi üçün hər cür yola əl atır".
Ə.Verdiyev qeyd edib ki, eyni zamanda, azad olunmuş ərazilərdə quruculuq işlərini ləngitmək məqsədi ilə Ermənistan Azərbaycan torpaqlarında minaların yerləşdirilməsi üçün fəaliyyətlərinə müxtəlif üsullarla davam etməkdədir.
"Bununla da Ermənistan son 70 ildə təşkilatlar və qurumlar tərəfindən qəbul edilən beynəlxalq konvensiyaların tələblərini ciddi şəkildə pozmaqda davam etməkdədir. Azərbaycan tərəfi ermənilər tərəfindən basdırılan minaların təmizlənməsi, mina qurbanlarına ödənilən kompensasiya və əlillik müavinətlərinin də verilməsi üçün beynəlxalq məhkəmələr qarşısında iddialar qaldırmalıdır", - deyə ekspert bildirib.
Tehsil-press.az