İranlı nazirin təklifinə Bakıdan reaksiya: “Çox vacibdir ki, ilk addım bizim tərəfimizdən atılsın...”
COP29 konfransı çərçivəsində İranın mədəni irs, turizm və sənətkarlıq naziri Səid Reza Salehi Amiri Bakıda səfərdə olub. Səfər zamanı iranlı nazir Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüşüb. Görüşdə Səid Reza Salehi Amiri Araz çayı üzərindəki Xudafərin körpülərinin müştərək bərpasının həyata keçirilməsinin mümkünlüyündən də söz açıb.
Xatırladaq ki, Xudafərin körpüləri Qarabağın cənubunda yerləşən Cəbrayıl rayonu ərazisində yerləşir. Azərbaycan tarixi memarlığının incisi sayılan bu körpülərin təxminən XI-XII əsrlərdə tikildiyi güman edilir. 8-9 əsr keçməsinə baxmayaraq, bu körpülər hələ də öz əzəmətini qoruyub saxlaya bilib.
Hər iki körpü tarixi Azərbaycan ərazisinin şimal hissəsi ilə cənub hissəsini ayıran Araz çayı üzərində inşa edilib. Körpülərdən biri 15, digəri 11 aşırımdan ibarətdir. Onları bir-birindən 750 metrlik məsafə ayırır.
15 aşırımlı körpünün uzunluğu 200 metr, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 10 metrdir.
11 aşırımlı körpünün uzunluğu isə 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir.
Xudafərin körpüləri Azərbaycanın orta əsrlər dövrü inşaatçılıq-mühəndislik sənətinin ən gözəl nümunələrindən hesab edilir.
Orta əsrlər İran tarixçisi Həmdullah Qəzvini öz məlumatlarında körpülərin adını “Xuda-Afərin” kimi yazır ki, bu da “Allah tərəfindən yaradılmış”, “Allaha mərhaba” mənalarını verir.
Bu körpüləri inşa etdirən şəxslərin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Bununla belə, tarixçilər 15 aşırımlı körpünün 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa edildiyini güman edir. Xudafərin körpüləri həm də tarixi Azərbaycanı birləşdirən simvolik abidə hesab olunur.
Qədim dövrlərdə Xudafərin körpüsü Hindistandan başlayıb Azərbaycan ərazisindən keçməklə Yaxın və Orta Şərq ölkələrinə, eləcə də Avropaya gedən tarixi İpək yolunun üzərində yerləşib.
Bu baxımdan Xudafərin körpüləri həm də Asiyanı Avropaya birləşdirirdi.
Məlumatlara görə, 1930-cu illərədək nisbətən salamat qalmış 11 aşırımlı körpü ilə o taya-bu taya gedib-gəlmək olurmuş.
Ancaq həmin illərdə körpülərin sahil tağları İran və Rusiya rəhbərliyinin birgə qərarı ilə dağıdılıb. Məqsəd Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələri kəsmək olub. Həmin vaxtdan yerli əhali körpüyə ikinci bir ad - “Sınıq körpü” adını verib.
Təəssüf ki, 1993-cü ildə Qarabağ bölgəsinin digər əraziləri kimi, Cəbrayıl rayonu da işğal olunanda, Xudafərin körpüləri də əsarət alında düşüb. 2020-ci ilin oktyabrına kimi Ermənistanın işğalı altında qalan Xudafərin körpüləri dağıntılara məruz qalıb.
Nəhayət, 27 ildən sonra - 2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl rayonunu işğaldan azad edərək, Xudafərin körpüləri üzərində ölkənin üçrəngli bayrağını ucaldıb.
Bəs tarixi Azərbaycanı birləşdirən simvolik abidə hesab olunan Xudafərin körpülərinin Azərbaycan və İranın birgə əməkdaşlığı ilə bərpası nə zaman mümkün ola bilər?
Mövzu ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz “Yeni Müsavat”a danışıb: “Xudafərin körpüsü o taylı-bu taylı Azərbaycan xalqının həm mənəvi, həm də ictimai və siyasi tarixində böyük əhəmiyyətə malikdir - həm keçmişdə, həm də bu gün. Hətta keçmişlə müqayisədə bu gün onun əhəmiyyəti daha da artıb. Bunun səbəbi isə 1913-cü ildən bəri "həsrət körpüsü" kimi tanınan bu körpünün artıq “vəsilət körpüsü”nə çevrilməsidir.
Ali Baş Komandanın Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırması təsadüfi deyil. Əslində iki qardaşın arasında birlik yaranmazdan əvvəl onların dost olmağı bacarması vacibdir. Bu gün bizim dövlətimizin əsas siyasəti də məhz bundan ibarətdir. Hətta ən yaxın qohumun və qonşunla belə əvvəlcə dostluq əlaqələri qurmağı bacarmaq lazımdır.
Bu gün Xudafərin körpüsü təkcə həsrət və vəsilət deyil, eyni zamanda dostluq körpüsüdür. Məhz buna görə də dostluq körpülərini hər zaman möhkəm və qüvvətli saxlamaq xüsusi əhəmiyyət kəsb edir. İranlı nazirin Xudafərin körpüsü ilə bağlı təklifi, hər halda, yaxşı təklifdir. Çox vacibdir ki, bu məsələdə birinci addım bizim tərəfimizdən atılsın, layihələr bizdən təqdim edilsin və əsas təşəbbüslər Azərbaycan tərəfindən gəlsin. Çünki hər kəsə məlumdur ki, İran siyasi sistemində mövcud olan ziddiyyətlər bu kimi məsələlərə mane ola bilər. Molla-fars hakimiyyətinin mövcudluğu Azərbaycanın irsinə, xüsusilə də milli irsinə diqqət və əhəmiyyət yetərli səviyyədə verilmir. Bu vəziyyət isə onların Xudafərin körpüsünü xalqımızın gözləntilərinə uyğun şəkildə bərpa etməsinə imkan yaratmır. Bu, yalnız Azərbaycan milli dövlətinin öhdəsinə düşən və onun tərəfindən icra edilə biləcək bir işdir. Buna görə də hesab edirəm ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı təşəbbüs göstərməli və körpünün bərpasına xüsusi nəzarət etməlidir".musavat/
Tehsil-press.az