Əlcəzairin “Əl Hərir” informasiya portalında ölkəmizdə təhsil alan əcnəbi tələbələrin işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri haqqında xəbər yayımlanıb.
“Əcnəbi tələbələr: Qarabağ Azərbaycandır” sərlövhəli yazıda Təhsil və Müdafiə nazirlikləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdikləri səfərdə 16 ali təhsil müəssisəsinin 31 ölkəni təmsil edən 40 əcnəbi tələbəsinin iştirak etdiyi diqqətə çatdırılıb. Ərəbdilli oxuculara məlumat verilib ki, səfər çərçivəsində Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət olunub, şəhərlərdə dağıntılar nümayiş edilib, həmçinin Cəbrayıl rayonunda xidmətdə olan əsgər və zabitlərlə görüş keçirilib. Əcnəbi tələbələr Azərbaycanın böyük ölçülü dövlət bayrağını açaraq “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər.
Səfər zamanı Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.
Tehsil-press.az