Gürcüstan hakimiyyəti bu gün müharibə elan etdi

Gürcüstan hakimiyyəti bu gün müharibə elan etdi Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstanda baş verən son hadisələri “konstitusion çevriliş” kimi qiymətləndirib.

Bu barədə “Nyus Georgia” məlumat yayıb.

Onun sözlərinə görə, Gürcü Arzusu hökuməti artıq heç nə gizlətmir, AB ilə danışıqlardan imtina etdiyini açıq şəkildə bəyan edir:

“Bir neçə həftə, bəlkə də aylardır davam edən konstitusiya çevrilişi bu gün başa çatıb. Bu gün Avropadan Rusiyaya gedən yol başa çatıb.

İnsanların bəlkə də belə olmadığına, başqa izahat ola biləcəyinə dair bütün şübhələr bu gün aradan qalxdı. Bu gün bu qeyri-legitim hakimiyyət öz xalqına, öz keçmişinə və gələcəyinə müharibə elan edib. Bu yolda Gürcüstanın dövlət suverenliyi, müstəqilliyi və Rusiyadan başqa gələcəyi yoxdur”.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb.

Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər