Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətdən icazə istəmədən Paris Sülh Forumunda iştirak etmək üçün Fransaya səfərə gedib.
Zurabişvili Parisdə Avropa Şurasının rəhbəri Şarl Mişel və İsveçrə Prezidenti Alain Bersetlə birgə panel müzakirələrdə iştirak edəcək.
Forumda iştirak etmək üçün Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də Parisdədir. O, ora Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə gəlib.
Qeyd edək ki, sentyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentin hökumətin icazəsi olmadan Avropa ölkələrinə işgüzar səfərlər edərək fundamental qanunu pozması barədə qərar çıxarıb. Belə ki, Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna görə impiçment elan edilməsi təklifini dəstəkləyib, bundan sonra qərarı parlamentə baxılması üçün təqdim edib. Sentyabrın 18-də parlament impiçment məsələsinə səs verib. 86 deputat prezidentin vəzifədən kənarlaşdırılmasını dəstəkləyib, lakin impiçment elan etmək üçün 150 deputatdan ən azı 100-nün, yəni parlamentin üçdə ikisinin səsi lazım idi.
Tehsil-press.az