Dekabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Rus Dünyası Fondu, Bakı Rus Evi, Voronej Dövlət Universiteti və ADU-nun birgə təşkilatçılığı ilə keçirilən “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum öz işini bölmə iclasları ilə davam etdirib.
Milli Məclisin üzvü, akademik Ziyad Səmədzadə və Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnovun moderatorluğu ilə keçirilən “Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq: çağırışlar və perspektivlər” adlı dəyirmi masada hər iki ölkənin təhsil sahəsində ikitərəfli əməkdaşlıq münasibətləri və gələcək perspektivlər müzakirə olunub.
Tədbirdə akademik Ziyad Səmədzadə, Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnov, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Voronej Dövlət Universitetinin Beynəlxalq Təhsil İnstitutunun direktoru Alla Akulşina, həmin universitetin kafedra müdiri Olqa Boriskina, Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Tatyana Romanova və digərləri çıxış edərək Rusiya ilə Azərbaycan arasında təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, perspektiv inkişaf imkanlarından danışıblar.
Bildirilib ki, Azərbaycan ilə Rusiya universitetləri arasında elm və təhsil sahələrində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi mədəni əlaqələrin möhkəmlənməsinə səbəb olur. Azərbaycan və Rusiya təhsil cəmiyyətləri arasında sıx əməkdaşlıq əlaqələri ümumilikdə təhsil və elm sahəsində yeni imkanlar açır, gələcək əməkdaşlıq üçün pozitiv perspektivlər vəd edir.
Həmin gün ADU-da beynəlxaql forum çərçivəsində daha bir tədbir - beynəlxalq münasibətlərin akual problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Milli Məclisin üzvü Rasim Musabəyov və Tomsk Dövlət Universitetinin professoru Larisa Deriqlazovanın mederatorluq etdiyi tədbirdə çıxış edən natiqlər bildiriblər ki, sülh və əməkdaşlıq yalnız ümumi iqtisadi maraqlarla deyil, ortaq dəyərlərlə də təmin olunmalıdır. Bu dəyərlərin qurulmasında mədəniyyət əsas rol oynayır. İştirakçılar xüsusi olaraq vurğulayıblar ki, müasir dövrdə beynəlxalq münasibətlərin gərginliklərlə dolu olmasına baxmayaraq, mədəniyyətlərarası dialoq xalqlar arasında etimad mühitinin qurulması və sülhün təşviqi üçün unikal imkanlar yaradır.
Tehsil-press.az