Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub Bakıdakı Rus evində Sankt-Peterburq Politexnik Universitetinin nümayəndə heyəti ilə görüş təşkil olunub.
Görüşdə Rusiya və Azərbaycanın ali məktəbləri arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Sankt-Peterburq Politexnik Universitetinin hüquq elmləri və məhkəmə-texniki ekspertizası ali məktəbinin direktoru Dmitri Moxov və həmin universitetin maddələr, materiallar və ərintilər laboratoriyasının tədqiqatçısı Svetlana Koçemerovskaya ali təhsil ocağının məhkəmə-texniki ekspertiza, eləcə də məhkəmə-hüquq və psixolinqvistika sahələrində qabaqcıl layihələrindən söhbət açıblar.
Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov görüşdə çıxış edərək Azərbaycanın ali məktəbləri ilə əlaqələrin qurulmasının mühümlüyünü vurğulayıb.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az




Oxşar xəbərlər