“İrşad Telekom” müştərinin başına oyun açdı – ŞİKAYƏT

“İrşad Telekom” müştərinin başına oyun açdı –  ŞİKAYƏT Sosial şəbəkələrdən birində Ruslan Tabuyev adlı istifadəçi paylaşımında “İrşad Telekom” dan şikayətçi olduğunu bildirib.

Vətəndaş qeyd edib ki, sözügedən şirkət onun zamanını boş yerə alıb. Vətəndaş bu münasibətin onun üçün hörmətsizlik olduğunu bildirib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:

"Salam, hər vaxtınız xeyr. Mənim şikayətim irşaddandı. Demək dünən axşam getmişəm irşad a 300 manatlıq bir telefon alacaqdım. Kredit limitim isə 1975 manatdı. Kredit mütəxəssisi məni 1 saatdan çox avara edəndən və kassaya hansısa sənədə görə 1 manat ödətdikdən sonra 5-10 dəqiqə gözləməyimi xahis etdi. Gözlədim.

Sonra çağırıb deyir k, sizə kredit verə bilmirik. Baş ofisdən deyirlər ki, olmaz kreditiniz çoxdu. Deyirəm olsun da çox mənim gecikməm var? Deyir yoxdu. Deyirəm limitim var? Deyir var. Deyirəm bəs niyə vermirsiz? Deyir baş ofis deyir borc çoxdu deyə olmaz. İndi sualım.

Bəs niyə mənə bu limiti göstərirsiz? Niyə gəlib sizin yanınızda 1 saatdan çox vaxt itirməliyəm?? İrşad telekom! Bu sizin mənə hörmətsizliyiniz, məndə sizə hörmət necə olur başa salaram. İndidən mənim kreditlərimi göndərin problemli kredit şöbənizə, ödəməyəcəm çünki) sağ olmuyun".

Tehsil-press.az

Oxşar xəbərlər